Bakıda gənc motosikletçini avtomobil vurub

Hadisə
  • 12 aprel, 2023
  • 01:46
Bakıda gənc motosikletçini avtomobil vurub

Bakının Sabunçu rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, 1997-ci il təvəllüdlü Məşədiyev Nicat Hikmət oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən avtomobillə toqquşub.

Hadisə zamanı xəsarət alan motosikletin sürücüsü təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

44 - Tezliklə