Bakıda fərdi yaşayış evlərində başlayan yanğın söndürülüb - ƏLAVƏ OLUNUB

Bakıda fərdi yaşayış evlərində başlayan yanğın söndürülüb - ƏLAVƏ OLUNUB Evlərin qalan hissələri yanğından mühafizə olunub
Hadisə
11 Noyabr , 2017 14:43
Bakıda fərdi yaşayış evlərində başlayan yanğın söndürülüb - ƏLAVƏ OLUNUB
Report/ Firi Salim

Bakı. 11 noyabr. REPORT.AZ/ Bakıda fərdi yaşayış evində başlayan yanğın söndürülüb.  

"Report" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, paytaxtın Nəsimi rayonunda bir-birinə bitişik, arakəsmələri taxtadan ibarət ümumi sahəsi 150 kv.m olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları 30 kv.m, ümumi sahəsi 78 kv.m olan ikimərətəbli 4 otaqlı evin yanar konstruksiyaları 30 kv.m və ümumi sahəsi 125 kv.m olan ikimərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 30 kv.m (ümumi 90 kv.m) sahədə yanıb.

Yüksək temperaturdan ümumi sahəsi 170 kv.m olan 2 mərtəbəli 6 otaqlı evdə 2 ədəd plastik pəncərə əriyib. Evlərin qalan hissələri yanğından mühafizə olunub. 

*** 

Bakıda fərdi yaşayış evində yanğın başlayıb. 

"Report" xəbər verir ki, bu barədə FHN-nin rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, Bakı şəhərinin Nəsimi rayonunda fərdi yaşayış evi yanır. FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti və texnikası hadisə yerindədir. Yanğının qarşısının alınması üçün tədbirlər görülür. 

Son xəbərlər

Orphus sistemi