Bakı. 2 dekabr. REPORT.AZ/ Qobustan rayon sakini bədbəxt hadisənin qurbanı olub.
"Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Bakının Xətai rayonunun Babək prospektində yerləşən avtomobillərin təmiri sexində, orada işləyən Qobustan rayon sakini Habil Əzizov təmir işləri apararkən qaldırıcı qurğunun qırılması nəticəsində avtomobil onun üzərinə düşüb. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş H.Əzizov orada ölüb.