Bakıda evli qadını fotoları ilə hədələyərək pulunu alan şəxsə hökm oxunub

Hadisə
  • 19 oktyabr, 2018
  • 08:07
Bakıda evli qadını fotoları ilə hədələyərək pulunu alan şəxsə hökm oxunub

Bakı. 19 oktyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Astan Əzizovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

O, məhkəmənin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına əsasən, A.Əzizov tanışı olan Sevda Əliyevanı (ad və soyad şərti) şantaj edərək 4 min dollar pul tələb edib.

44 filmi