Bakıda evlərdən 100 min manatlıq oğurluq edən şəxsə hökm oxunub

Hadisə
  • 14 sentyabr, 2017
  • 09:51
Bakıda evlərdən 100 min manatlıq oğurluq edən şəxsə hökm oxunub

Bakı. 14 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənzillərdən oğurluq etməkdə təqsirləndirilən Əli Novruzovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. "Report"un məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Ə.Novruzov 10 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, Ə.Novruzov Bakıda yerləşən mənzillərə girərək oğurluq edib. O, zərərçəkmiş şəxslərə ümumilikdə 100 min manatdan çox ziyan vurub.

44 - Tezliklə