Bakı. 30 iyun. REPORT.AZ/ Bakının Nəsimi rayonunda bədbəxt hadisə baş verib.
"Report" xəbər verir ki, Ə.Qayıbov küçəsində yerləşən ikimərtəbəli fərdi yaşayış evinin damında təmir işi aparan 1981-ci il təvəllüdlü Atakişiyev Şəmistan Rafiq oğlu oradan yerə yıxılıb.
Nəticədə o, ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.