Bakıda evə gec gələn qadın əri tərəfindən bıçaqlanıb

Bakıda evə gec gələn qadın əri tərəfindən bıçaqlanıb Hadisəni törədən şəxs saxlanılıb
Hadisə
9 Fevral , 2018 00:17
Bakıda evə gec gələn qadın əri tərəfindən bıçaqlanıb

Bakı. 9 fevral. REPORT.AZ/ Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report” xəbər verir ki, 1995-ci il təvəllüdlü Piriyeva Səbinə Valeh qızı kirayə yaşadığı evdə əri ilə mübahisə edib.

Əri ona evə gec gəldiyi üçün iradını bildirib. Mübahisə zəminində S.Piriyeva bıçaqlanıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən şəxsi saxlayıb.

Son xəbərlər

Orphus sistemi