Bakıda evə basqın olub, ahıl kişinin boğazına ip keçirən şəxslər onun pulunu və silahlarını aparıb
Hadisə
- 29 dekabr, 2016
- 12:48
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 29 dekabr. REPORT.AZ/ Bakıda quldurlar ev sahibinin boğazına ip keçirərək onun pul və silahlarını aparıblar.
"Report"un xəbərinə görə hadisə Suraxanı rayonunda qeydə alınıb.
Belə ki, Dədə Qorqud qəsəbəsində yeni tikilidə yaşayan 1945-ci il təvəllüdlü Həsənov Hafiz Baladadaş oğlu iki nəfər naməlum şəxsin hücumuna məruz qalıb. Belə ki, iki nəfər evin pəncərəsindən içəri daxil olaraq H.Həsənovun başına yorğan atıb, boğazına ip keçirərək hədə-qorxu gəliblər. Naməlum şəxslər çarpayının altındakı 1 400 manat pulu, müvafiq sənədləri olan "Toz-12" və "Toz-16" markalı ov tüfəngini götürüblər.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.
Son xəbərlər
06:48
Britaniya yeni döyüş gəmilərinin istehsalını sürətləndirməyi nəzərdən keçirir
Digər ölkələr
06:17
ABŞ İrana mümkün zərbələr üçün İsraildə onlarla yanacaqdolduran təyyarə yerləşdirib
Digər ölkələr
05:44
Rusiya FHN-nin mobil tətbiqi kiberhücuma məruz qalıb
Region
05:08
Çin Afrikaya müasir silahların tədarükünü genişləndirir
Digər ölkələr
04:39
Serbiyada təkrar parlament seçkilərinin yekun nəticələri açıqlanıb
Digər ölkələr
04:13
İsrail Prezidenti partiya liderləri ilə məsləhətləşmələrə başlayacaq
Digər ölkələr
03:42
Ukrayna sakinlərinə nüvə təhlükəsi ilə bağlı bildiriş göndərilib
Digər ölkələr
03:27
Tramp: ABŞ Rusiya və Çinlə bağlı kəşfiyyat məlumatları toplayır
Digər ölkələr
02:30
Antonelli "Formula 1" tarixinin ən gənc çempionu olub
Formula 1