Bakı. 1 mart. REPORT.AZ/ Bakı şəhəri, Xəzər rayonunun Şağan qəsəbəsində bağ evindən oğurluq olub.
“Report”un xəbərinə görə, 1958-ci il təvəllüdlü Rafiq Məmmədova məxsus bağ evindən qapının kilidini sındırmaqla 4 000 ABŞ dollar dəyərində peyk antenası (televiziya üçün), 8 000 min manat dəyərində mebel dəsti və 2 ədəd çilçıraq oğurlanıb.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.