Bakıda evdə yanğın olub, bir nəfər tüstüdən zəhərlənərək ölüb

Hadisə
  • 07 iyul, 2018
  • 08:08
Bakıda evdə yanğın olub, bir nəfər tüstüdən zəhərlənərək ölüb

Bakı. 7 iyul. REPORT.AZ/ Bakı sakini evində baş verən yanğın zamanı tütüdən zəhərlənərək ölüb.

"Report" Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə Xəzər rayonunun Türkan qəsəbəsində baş verib.

Bildirilib ki, iyulun 6-da saat 11 radələrində Xəzər rayonunun Türkan qəsəbəsində yaşayan Süleyman Abbasquliyevin evində yanğın baş verib. Nəticədə 12 kvm. sahədə konstruksiyalar və oradakı əşyalar yanıb. S.Abbasquliyev tüstüdən zəhərlənərək ölüb. 

44 filmi