Bakıda evdə qaz balonu partlayıb, qadın xəsarət alıb

Bakıda evdə qaz balonu partlayıb, qadın xəsarət alıb Bakının Abşeron rayonunun Məhəmmədi kəndindəki evlərdən birində qaz balonu partlayıb.
Hadisə
25 may 2019 19:54
Bakıda evdə qaz balonu partlayıb, qadın xəsarət alıb

Bakının Abşeron rayonunun Məhəmmədi kəndindəki evlərdən birində qaz balonu partlayıb.

"Report" xəbər verir ki, Məhəmməd Füzuli küçəsi, ev 14-də baş verən hadisə nəticəsində 1952-ci il təvəllüdlü Salmanova Sitarə Sarı qızı xəsarət alıb.

Yaralı bədənin 1 və 2-ci dərəcəli kimyəvi yanıq xəsarətləri ilə 5 saylı Şəhər Xəstəxanasının Yanıq şöbəsinə yerləşdirilib.

Xəstənin vəziyyəti ağır qiymətləndirilir.

Ramin Şahbazov

Orphus sistemi