Bakıda ev və qarajdan 3 600 manatlıq oğurluq edildi

Hadisə
  • 06 may, 2020
  • 07:14
Bakıda ev və qarajdan 3 600 manatlıq oğurluq edildi

Bakıda oğurluq hadisəsi baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, oğurluq etdiyinə görə tutulan R.Abdullayevin ətrafında Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki 1 qarajdan 3 000 manat dəyərində dəmir boru, 100 metr elektrik naqili, inşaat materialları və 1 evdən 500 manat dəyərində kombi oğurlaması da müəyyən edilib.