ETSN-in Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, reydlər zamanı Mərdəkan qəsəbəsinin Xəzər dənizi sahili zolağında fəaliyyət göstərən “Karvan Palase” mehmanxanasının, “Xəzri” və “City Beach” istirahət mərkəzlərinin ərazilərində tullantıların düzgün idarə olunmadığı və qalaqlandığı faktları aşkar edilib.
Ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərini pozduqlarına görə “Karvan Palase”, “Xəzri” ictimai iaşə obyektlərinin icracı direktorları Məhluqə Qibləliyeva və Zahid Hüseynov barəsində protokol tərtib olunub, hər biri vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimə edilib. “City Beach” istirahət mərkəzinin məsul şəxsi Zöhrə Əliyevaya isə fiziki şəxs kimi 800 manat məbləğində cərimə tətbiq olunub. Ərazinin tullantılardan təmizlənməsi tələbi ilə ictimai iaşə obyektlərinin sahiblərinə icrası məcburi olan “məcburi göstəriş” verilib.
Reydlər davam etdirilir.