Bakıda ərini öldürən qadın apelyasiya şikayəti verib

Bakıda ərini öldürən qadın apelyasiya şikayəti verib Bakıda həyat yoldaşını öldürməkdə təqsirləndirilən Vəfa Orucova barəsindəki hökmdən apelyasiya şikayəti verib.
Hadisə
16 İyul , 2019 10:00
Bakıda ərini öldürən qadın apelyasiya şikayəti verib

Bakıda həyat yoldaşını öldürməkdə təqsirləndirilən Vəfa Orucova barəsindəki hökmdən apelyasiya şikayəti verib.

"Report"un xəbərinə görə, Bakı Apelyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun icraatında olan şikayət üzrə ilkin baxış iclası iyulun 17-ə təyin edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, V.Orucova 12 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə ötən il noyabrın 24-də baş verib. Bakı şəhər sakini Rövşən Musayev paytaxtın Nərimanov rayonu ərazisindəki evindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən V.Orucova saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adamöldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi