Bakı. 19 iyul. REPORT.AZ/ Bakıda ər arvadını bıçaqlayıb.
“Report”un xəbərinə görə, Nəsimi rayonunun N.Məlikov küçəsi, ev 13 ünvanında yaşayan 1971-cı il təvəllüdlü Azər Rəsulov arvadı 1976-ci il təvəllüdlü Sevda Rəsulovaya bıçaqla xəsarət yetirib.
Qadın qarın nahiyəsinin kəsilmiş-deşilmiş yaraları ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.