Bakıda yüksək gərginlikli elektrik xəttində partlayış və yanğın olub - YENİLƏNİB - VİDEO

Bakıda yüksək gərginlikli elektrik xəttində partlayış və yanğın olub - YENİLƏNİB - VİDEO Nəticədə elektrik xətləri yanaraq sıradan çıxıb
Hadisə
13 Fevral , 2017 09:42
Bakıda yüksək gərginlikli elektrik xəttində partlayış və yanğın olub - YENİLƏNİB - VİDEO

İlk xəbər fevralın 12-də saat 20:36-da yayımlanıb

Bakı. 13 fevral. REPORT.AZ/ Bakıda yüksək gərginlikli elektrik naqilində partlayış və yanğın baş verib.

"Report"un xəbərinə görə, hadisə Nəsimi rayonu, 5-ci mikrorayon, Asif Məhərrəmov küçəsində qeydə alınıb.

Belə ki, magistral yolun ortasındakı yüksək gərginlikli elektrik naqil xətlərində əvvəlcə partlayış olub. Bundan sonra isə naqillərdə yanğın əmələ gəlib. Nəticədə elektrik xətləri yanaraq sıradan çıxıb.

Hadisənin başvermə səbəbi hələlik məlum deyil. Əraziyə yanğınsöndürənlər cəlb olunub.

Son xəbərlər

Orphus sistemi