Bakıda əcnəbi vətəndaşın yaşadığı evdən oğurluq edən qadın saxlanılıb

Hadisə
  • 01 noyabr, 2018
  • 07:33
Bakıda əcnəbi vətəndaşın yaşadığı evdən oğurluq edən qadın saxlanılıb

Bakı. 1 noyabr. REPORT.AZ/ Bakıda oğurluq etmkəkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə müraciət edən əcnəbi vətəndaş müvəqqəti yaşadığı mənzildən 900 ABŞ dolları və 650 manat pulunun, habelə 130 manat dəyərində ərzaq məhsullarının bir qadın tərəfindən oğurlandığını bildirib.

Dərhal əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları qısa müddətdə həmin şəxsi müəyyənləşdiriblər. Görülmüş tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini M.Mehdiyeva saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.