Bakıda əcnəbi tələbə viza almaq üçün saxta sənəd təqdim edərkən saxlanılıb

Hadisə
  • 10 dekabr, 2018
  • 06:53
Bakıda əcnəbi tələbə viza almaq üçün saxta sənəd təqdim edərkən saxlanılıb

Bakı. 10 dekabr. REPORT.AZ/ Bakıda Banqladeş vətəndaşı tutulub.

“Report”un xəbərinə görə, Bakıda universitetlərdən birində təhsil alan 1993-cü il təvəllüdlü Miah Khalil paytaxtda yerləşən 1 saylı Notariat Kontoruna Çexiyaya viza almaq üçün saxta sənəd təqdim edərkən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.