Bakıda dükanda satıcı qadın kişi müştərini bıçaqlayıb

Bakıda dükanda satıcı qadın kişi müştərini bıçaqlayıb Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır
Hadisə
24 Fevral , 2017 09:35
Bakıda dükanda satıcı qadın kişi müştərini bıçaqlayıb

Bakı. 24 fevral. REPORT.AZ/ Bakıda qadın kişini bıçaqlayıb.

"Report"un xəbərinə görə, hadisə Xəzər rayonu, Binə südçülük sovxozunda qeydə alınıb.

Belə ki, marketə müştəri kimi daxil olan 1974-cü il təvəllüdlü Ağaverdiyev Yalçın Ağamalı oğlu ilə Ceyran adlı satıcı qadın arasında mübahisə düşüb. Y.Ağaverdiyev mağazadakı qiymətlərin bahalığından şikayət edib. Bundan hirslənən satıcı Y.Ağaverdiyevə bıçaq zərbəsi vurub.

Ağır xəsarət alan yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, hər iki şəxs qonşudurlar.

Son xəbərlər

Orphus sistemi