Binə qəsəbəsində naməlum şəxslər 39 yaşlı kişini döyüb

Binə qəsəbəsində naməlum şəxslər 39 yaşlı kişini döyüb Bakıda döyülmə hadisəsi baş verib.
Hadisə
6 İyun , 2019 01:57
Binə qəsəbəsində naməlum şəxslər 39 yaşlı kişini döyüb

Bakıda döyülmə hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Xəzər rayonunun Binə qəsəbəsində, "Sovxoz" adlanan ərazidə qeydə alınıb.

Naxçıvan Muxtar Respublikası Şərur rayon sakini, 1980-ci il təvəllüdlü Ələkbərov Vüsal Ələkbər oğlu naməlum şəxslər tərəfindən döyülüb. Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Ona sol gözününsağ qulağının əzilmiş-kəsilmiş diaqnozu qoyulub.

Son xəbərlər

Orphus sistemi