Bakıda “Dirol”un avtomobilindən 5 min manatlıq saqqız oğurlanıb

Bakıda “Dirol”un avtomobilindən 5 min manatlıq saqqız oğurlanıb Polis faktla bağlı araşdırma aparır
Hadisə
11 May , 2017 10:49
Bakıda “Dirol”un avtomobilindən 5 min manatlıq saqqız oğurlanıb

Bakı. 11 may. REPORT.AZ/ Bakıda məşhur saqqız firması olan “Dirol”un avtomobilindən oğurluq olub.

“Report”un xəbərinə görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

Belə ki, “Dirol” şirkətinin sürücüsü Eldar Əhmədovun idarə etdiyi “İsuzu” markalı maşından dəyəri 5 min manat olan saqqız oğurlanıb.

Polis faktla bağlı araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi