Bakıda direktor müavini barəsində ikinci dəfə cinayət işi başlanılıb - ƏLAVƏ OLUNUB

Bakıda direktor müavini barəsində ikinci dəfə cinayət işi başlanılıb - ƏLAVƏ OLUNUB Cinayət işi hakim Azad Məcidovun icraatına verilib
Hadisə
135
15 Noyabr , 2018 15:55
Bakıda direktor müavini barəsində ikinci dəfə cinayət işi başlanılıb - ƏLAVƏ OLUNUB

Bakı. 15 noyabr. REPORT.AZ/ Bakıda direktor müavini Samirə Əjdərzadə barəsində daha bir cinayət işi başlanılıb.

"Report"un xəbərinə görə, onun barəsində Cinayət Məcəlləsinin (CM) 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə) maddəsi ilə ittiham irəli sürülüb.

Lakin barəsində polisin nəzarəti qətimkan tədbiri seçilib.

Artıq S.Əjdərzadənin cinayət işinin ibtidai istintaqı başa çatıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Azad Məcidovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası noyabrın 22-nə təyin edilib.

Qeyd edək ki, Əjdərzadə Samirə Məhəmməd qızı Xəzər rayonu, Binə qəsəbəsində yerləşən Elçin Şəmiyev adına 149 saylı tam orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.

O, daha əvvəl dələduzluqda təqsirli bilinib və Binəqədi Rayon Məhkəməsi ona şərti cəza verib.


***

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞİH) "Report"un sorğusuna cavab olaraq bildirilib ki, BŞİH-in müvafiq əmrinə əsasən Bakı şəhəri 149 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Əjdərzadə Samirə Məhəmməd qızı ilə bağlanmış əmək müqaviləsi 05.03.2018-ci il tarixdən ləğv edilib.

Son xəbərlər

Orphus sistemi