Bakıda dilənçi bir qrup şəxs tərəfindən döyülüb

Bakıda dilənçi bir qrup şəxs tərəfindən döyülüb Hadisə Heydər parkı yaxınlığındakı kafenin əməkdaşları tərəfindən törədilib
Hadisə
12 May , 2017 00:58
Bakıda dilənçi bir qrup şəxs tərəfindən döyülüb

Bakı. 12 may. REPORT.AZ/ Bakının Suraxanı rayonu ərazisində döyülmə hadisəsi baş verib.

"Report" xəbər verir ki, Heydər parkı yaxınlığında dilənçiliklə məşğul olan 2001-ci il təvəllüdlü Salmanov Sabir Qəhrəman oğlu bir qrup şəxs tərəfindən döyülərək xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Zərərçəkmiş ilkin ifadə zamanı bildirib ki, o, park yaxınlığında fəaliyyət göstərən kafenin 6 əməkdaşı tərəfindən döyülüb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi