Bakıda dəmir yolu stansiyasından oğurluğa cəhd edən 4 nəfər saxlanılıb

Hadisə
  • 17 sentyabr, 2018
  • 08:59
Bakıda dəmir yolu stansiyasından oğurluğa cəhd edən 4 nəfər saxlanılıb

Bakı. 17 sentyabr. REPORT.AZ/ Bakıda dəmir yolu stansiyasından oğurluğa cəhd olub.

DİN-in mətbuat xidmətindən “Report”a daxil olan məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 15-də Pirşağı dəmir yolu stansiyasının ərazisində 40 metr rabitə naqilini oğurlamağa cəhd göstərən 4 paytaxt sakini saxlanılıb.