Bakıda qadın qatarın altında qalaraq ölüb

Bakıda qadın qatarın altında qalaraq ölüb Bakıda dəmir yol qatarı qadını vuraraq öldürüb.
Hadisə
24 Oktyabr , 2022 23:38
Bakıda qadın qatarın altında qalaraq ölüb

Bakının Qaradağ rayonunda qadın dəmiryol qatarının altında qalaraq ölüb.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

FHN-in "112" qaynar telefon xəttinə dəmir yolu xəttində qadın meyitinin qatarın altında qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində meyit vaqonun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi