Bakıda dələduzluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsində zərərçəkmiş ifadə verib

Bakıda dələduzluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsində zərərçəkmiş ifadə verib Məhkəmənin növbəti iclası avqustun 31-nə təyin edilib
Hadisə
22 Avqust , 2017 12:21
Bakıda dələduzluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsində zərərçəkmiş ifadə verib

Bakı. 22 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Səbuhi Vəliyevin cinayət içi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Fəridə Mirzəcanova ifadə verib.

O, dindirilən zaman S.Vəliyevin ona 57 min manat zərər vurduğunu söyləyib: "Bizi ailəvi dostumuz Həsənağa tanış etdi. O dedi ki, Səbuhiyə 20 min manat pul lazımdır, biznes qurur, evini də girov qoyacaq. Problem olmadığını söylədim. Səbuhi dedi ki, zeytunluq bağı var oranın torpağını özəlləşdirmək üçün 60 min manat da lazımdır. Baxdım ki, yaxşı biznesdir. 57 min toplayıb, verdim. 5 ay keçdi Səbuhidən işlə bağlı soruşdum. Dedi ki, "söhbət uzanır". Yenə gözlədim. Hər dəfə onu çağıranda gəlib, bir bəhanə edirdi. O, sənədlərin düzəldiyini söyləyirdi. Sonra mənim şəxsiyyət vəsiqəmi istədi. Bildirdi ki, adıma bankda hesab açmağa görə lazımdır. Nəysə, bankda adıma hesab da açdırdı. Bir müddət keçəndən sonra ondan xəbər olmadı. Evlərinə gedəndə dedilər ki, Səbuhi tutulub. Evlərində bildiridilər ki, "narahat olmayın, işi həll edib, onu tezliklə buraxaxaqlar". Məhkəmədən 57 min manat pulumu tələb edirəm".

S.Vəliyev F.Mirzəcanovadan 57 min manat pul almadığını deyib: "Pulu Həsənağa götürüb, alqı-satqı işində. Arada mənim evim getdi. Əvvəl, Fəridə xanım belə danışmadı. Dedi ki, məhkəməyə gəlib şikaytimi geri götürəcəm".

Məhkəmənin növbəti iclası avqustun 31-nə təyin edilib.

Qeyd edək ki, S.Vəliyev zərərçəkmiş Fəridə Mirzəcanovanın 57 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib. 

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham edilir.

Son xəbərlər

Orphus sistemi