Bakıda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib

Bakıda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib.
Hadisə
1973
4 Yanvar , 2021 09:17
Bakıda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib
0 : 00
0 : 00

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, paytaxtın Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının doqquzuncu mərtəbəsinin pilləkən qəfəsində məişət tullantıları 8 m² sahədə və elektrik lövhəsində naqillər 3 p.m qismən yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi