Video əlavə olunub
*** 14:36
Bakı. 25 fevral. REPORT.AZ/ Hazırda çoxmərtəbəli binada yanğın davam edir və söndürülməsi üçün tədbirlər görülür.
“Report”un hadisə yerində olan əməkdaşı xəbər verir ki, binanın 14-cü mərtəbəsində bir ailənin 4 üzvü qalıb.
Xilasedicilər onları binadan çıxarmağa çalışırlar.
*** 14:11
Bakı şəhəri, Şəfaət Mehdiyev küçəsində yerləşən yeni çoxmərtəbəli binada yanğın başlayıb.
“Report” xəbər verir ki, əraziyə yanğınsöndürən maşınlar, hüquq-mühafizə orqanlarının əməkdaşları, “Təcili yardım” maşınları cəlb olunub.



