Bakıda çoxmərtəbəli binada baş verən yanğın söndürülüb - YENİLƏNİB

Hadisə
  • 28 iyul, 2021
  • 23:34
Bakıda çoxmərtəbəli binada baş verən yanğın söndürülüb - YENİLƏNİB

Bakı şəhəri, Nərimanov rayonu, İbrahim Paşa Dadaşov küçəsində yerləşən onmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən saat 02:55-də söndürülüb.

Bu barədə "Report"a FHN-dən məlumat verilib.

Əlavə məlumat veriləcək.

02:44

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, İbrahim Paşa Dadaşov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

“Report”un məlumatına görə, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Hal-hazırda yanğınsöndürmə və sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə təxliyə tədbirləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.