Bakıda çoxmərtəbəli binada yanğın olub, zəhərlənən var

Hadisə
  • 05 avqust, 2020
  • 21:44
Bakıda çoxmərtəbəli binada yanğın olub, zəhərlənən var

Bakıda yanğın hadisəsi qeydə alınıb.

“Report”un məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində ümumi sahəsi 30 m2 olan mənzilin hamam otağında 1 ədəd su qızdırıcısı yanıb, yüksək temperaturdan  plastikdən ibarət vanna əriyib.

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

44 filmi