Bakıda “Chrysler” qaçıran şəxs tutuldu
- 04 aprel, 2020
- 09:19
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakıda nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Sumqayıt şəhər sakini saxlanılıb.
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə. aprelin 2-i saat 23 radələrində Nəsimi rayonu ərazisindən Bakı şəhər sakini Ş.Əliyevin idarə etdiyi “Chrysler” markalı avtomobilin qaçırılması barədə 21-ci Polis Bölməsinə məlumat daxil olub.
DİN-in Təhlükəsiz Şəhər Xidməti, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi və Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi əməkdaşları birgə əməliyyat keçiriblər.
Əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş A.İbrahimov avtomobillə birgə saxlanılıb.
Araşdırma aparılır.