Bakı. 29 noyabr. REPORT.AZ/ Bakıda bu ilin oktyabr ayından itkin düşən qadın tapılıb. Bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat daxil olub. Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, oktyabrın 19-da itkin düşən Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Vüsalə Mirzəyeva tapılaraq ailəsinə təhvil verilib.