Bakıda bir nəfər tanımadığı şəxs tərəfindən bıçaqlanıb

Hadisə
  • 26 iyul, 2017
  • 01:53
Bakıda bir nəfər tanımadığı şəxs tərəfindən bıçaqlanıb

Bakı. 26 iyul. REPORT.AZ/ Bakının Xəzər rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, Buzovna qəsəbəsində Albalılıq adlanan ərazidə 1981-ci il təvəllüdlü Abdullayev Zamiq Rövşən oğlu tanımadığı şəxslə dava edib.

Nəticədə ona bıçaq xəsarəti yetirilib. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bğalı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.