Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin ərazisində vətəndaşın köməyə ehtiyacı olması barədə məlumat daxil olub.
"Report" xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1993-cü il təvəllüdlü Hüseynov Elçin Cəmaləddin oğlu qurumaqda olan göldəki bataqlıqda ilişib qalaraq həyati təhlükəli vəziyyətə düşüb.
Xilasedicilər xüsusi vasitələrlə vətəndaşı bataqlıqdan çıxarıb xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 800 metr aralı, nəzarətsiz ərazi) 1 nəfər (şəxsiyyəti dəqiqləşdirilir) batıb.
"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Qeyd olunub ki, FHN-in "112" qaynar telefon xəttinə bir nəfərin batması barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.