Yuxarı
    Bağlamaq

    Bakıda bir küçədə yerləşən iki evdən 19 100 manatlıq oğurluq edilib

    Hər iki faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırmalara başlanılıb

    Bakı. 20 mart. REPORT.AZ/ Bakıda bir küçədə yerləşən iki evdən ümumilikdə 19 100 manatlıq oğurluq edilib.

    "Report"un xəbərinə görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

    Belə ki, 1993-cü il təvəllüdlü Fərhad Əliyevə məxsus Binəqədi qəsəbəsi, İsfahani küçəsi, ev 11 ünvanından naməlum şəxs və ya şəxslər pəncərəni açmaqla 12 600 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıb. Eyni zamanda, naməlum şəxs və ya şəxslər həmin küçədə 1965-ci il təvəllüdlü Rəsmiyyə Nəcəfovaya məxsus ev 32 ünvanından pəncərənin dəmir barmaqlıqlarını sındırmaqla 5 800 manat pul və 700 manat dəyərində 3 ədəd qızıl üzük oğurlayıblar.

    Hər iki faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi