Bakının Xəzər rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, avtomobil yolu keçən 1988-ci il təvəllüdlü Hüseynova Xəyalə Hüseyinbala qızını və 2020-ci il təvəllüdlü Hüseynov Rəşad Xəyal oğlunu vurub.
Hər iki yaralı hadisəni törədən sürücü tərəfindən xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Hadisənin təfərrüatı araşdırılır.