Bakıda binanın liftinin qırılması ilə bağlı cinayət işi başlanılıb

Bakıda binanın liftinin qırılması ilə bağlı cinayət işi başlanılıb İş üzrə təqsirli şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir
Hadisə
14 İyul , 2018 15:57
Bakıda binanın liftinin qırılması ilə bağlı cinayət işi başlanılıb

Bakı. 14 iyul. REPORT.AZ/ İyulun 13-də Xətai rayonu, X.Məmmədov küçəsi, 18 saylı ünvanda 16 mərtəbəli binanın liftinin qırılaraq 1-ci mərtəbəyə düşməsi nəticəsində sərnişinlərin xəsarət alması faktı ilə bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanılıb.

Bu barədə “Report”a Bakı Şəhər Prokurorluğundan məlumat verilib.

Cinayət işi üzrə məhkəmə-tibb, məhkəmə-təhlükəsizlik texnikası ekspertizaları təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

İlkin araşdırmalarla müəyyən edilib ki, binanın 3-cü girişində quraşdırılmış sərnişin lifti aşağı istiqamətdə hərəkətdə olarkən 5-ci mərtəbədən başlayaraq surətlə 1-ci mərtəbəyə düşüb.

Hadisə nəticəsində ölüm və ciddi xəsarət alma halları baş verməyib.

Hazırda iş üzrə təqsirli şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi