Bakıda binanın bir neçə liftinin əyləc sistemi oğurlanıb
Hadisə
- 11 oktyabr, 2016
- 06:28
Bakı. 11 oktyabr. REPORT.AZ/ Bakının Xətai rayonunda yerləşən 8 bloklu binanın 4 liftinin əyləc sistemi oğurlanıb.
"Report"un məlumata görə, hadisə Gəncə prospekti 79 ünvanında qeydə alınıb.
Belə ki, bina sakinlərindən biri liftin çağırış düyməsini basıb. Bu zaman liftin sürətlə aşağı çırpıldığının şahidi olub. Məlum olub ki, digər bloklarda yerləşən liftlərdə də analoji problem var.
Texniki baxış zamanı binanın 4 liftindən əyləc sisteminin oğurlandığı aşkar olunub.
Faktla bağlı Xətai Rayon Polis İdarəsinə (RPİ) müraciət olunub. Araşdırma aparılır.
Analoji hal Gəncə prospekti 63 ünvanında da qeydə alınmışdı. Bir həftə öncə həmin ünvanda liftlərdən birinin əyləc sistemi oğurlanmışdı.
Qeyd edək ki, əyləc sistemi mis tərkiblidir.
Son xəbərlər
01:30
Tramp Vaşinqtonda Kennedi Mərkəzinin dərhal bağlanacağını açıqlayıb
Digər ölkələr01:24
Azərbaycan və Pakistanın Serbiyadakı səfirləri regional vəziyyəti müzakirə ediblər
Xarici siyasət01:17
ABŞ İranın blokadası çərçivəsində 103 ticarət gəmisinin marşrutunu dəyişib
Digər ölkələr00:37
Hikmət Hacıyev BƏƏ Prezidentinin müşaviri ilə regionda baş verən son hadisələri müzakirə edib
Xarici siyasət00:35
İraq Hörmüz boğazından yan keçməklə Avropaya neft tədarükünü artırmaq niyyətindədir
Digər ölkələr00:29
Prezidentin köməkçisi: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə sabitliyə, əməkdaşlığa və dialoqa töhfə verirlər
Xarici siyasət00:06
Qazaxıstan ikinci AES-in tikintisi ilə bağlı danışıqlar aparır
Region23:55
Futbol üzrə Azərbaycan U-20 millisi Moldova və Yaponiya ilə yoldaşlıq oyunu keçirəcək
Futbol23:50