Bakıda binada yanğın zamanı 1 nəfər azyaşlı tüstüdən zəhərlənib

Bakıda binada yanğın zamanı 1 nəfər azyaşlı tüstüdən zəhərlənib 2 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə edilib
Hadisə
17 Yanvar , 2018 01:33
Bakıda binada yanğın zamanı 1 nəfər azyaşlı tüstüdən zəhərlənib

Bakı. 17 yanvar. REPORT.AZ/ Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yanğın baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nəticədə 1 nəfər azyaşlı tüstüdən zəhərlənib və 2 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə edilib.

Ümumi sahəsi 97 m2 olan 2 otaqlı mənzilin yanar konstruksiyaları 28 m2 sahədə yanıb, qalan hissəsi isə yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Son xəbərlər

Orphus sistemi