Bakı. 7 yanvar. REPORT.AZ/ Bakıda bıçaqlanma hadisəsi baş verib. Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib.
Belə ki, yanvarın 6-da gecə saatlarında Binəqədi qəsəbəsi yeni yaşayış massivində yerləşən yeməkxanada Bakı şəhər sakini Rəhim Həsənova şəxsi mübahisə zəminində bıçaqla ağır bədən xəsarəti yetirilib.
Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 4-cü Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, hadisəni törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini, 1992-ci il təvəllüdlü Ülvün Səfərov tutulub.
Faktla bağlı araşdırmalar davam etdirilir.