Bakıda başına kondisioner düşən gənc ağır xəsarət alıb

Bakıda başına kondisioner düşən gənc ağır xəsarət alıb Faktla bağlı araşdırma aparılır
Hadisə
6 Aprel , 2017 09:10
Bakıda başına kondisioner düşən gənc ağır xəsarət alıb

Bakı. 6 aprel. REPORT.AZ/ Bakıda 18 yaşlı oğlanın başına kondisioner düşüb.

"Report"un xəbərinə görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

Belə ki, Xiyabani küçəsində yerləşən yataqxanada kondisionerin içərisini təmizləmək istəyən Səfiyev Əli Eyvaz oğlu qəflətən yıxılıb. Nəticədə kondisioner onun başına düşüb. 

Ə.Səfiyev ağır kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi