Bakıda baş həkimin oğlu piyadanı vuraraq öldürüb

Bakıda baş həkimin oğlu piyadanı vuraraq öldürüb Faktla bağlı cinayət işi başlanılıb, sürücü saxlanılıb
Hadisə
18 Sentyabr , 2017 13:31
Bakıda baş həkimin oğlu piyadanı vuraraq öldürüb
Report

Bakı. 18 sentyabr. REPORT.AZ/ Bakıda baş həkimin oğlu piyadanı vuraraq öldürüb.

"Report" xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, Teymur Əliyev küçəsində 10-ST-908 dövlət qeydiyyat nişanlı "Lexus" markalı avtomobili idarə edən Mehdizadə Toğrul Nizami oğlu yolu keçən 1987-ci il təvəllüdlü Ağayev Ramil Ramiz oğlunu vurub. Nəticədə piyada ağır xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanılıb və sürücü saxlanılıb.

Qeyd edək ki, hadisəni törədən T.Mehdizadə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nizami Mehdizadənin oğludur. N.Mehdizadə baş həkim vəzifəsinə bu ilin iyun ayında təyin edilib.

Son xəbərlər

Orphus sistemi