Bakıda bacısını bıçaqlayan şəxs: "Onu cəzalandırmaq istəyirdim"

Hadisə
  • 30 oktyabr, 2017
  • 09:03
Bakıda bacısını bıçaqlayan şəxs: Onu cəzalandırmaq istəyirdim

Bakı. 30 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhd etməkdə təqsirləndirilən Orxan Hüseynovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

"Report"un xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktının nəticəvi hissəsini elan edib.

Elan olunmuş ittiham üzrə O.Hüseynov özünü qismən təqsirli bildiyini deyib. O, bacısını cəzalandırmaq istədiyini söyləyib.

Təqsirləndirilən O.Hüseynov növbəti məhkəmə iclasında geniş ifadə verəcək.

Məhkəmənin növbəti iclası noyabrın 20-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu il Binəqədi rayonu ərazisində baş verib. O.Hüseynov bacısı Elnurə Hüseynovanı Binəqədi rayonu ərazisində yerləşən qəbirstanlığa aparılaraq, onu bıçaqlayıb. O.Hüseynov bacısına bıçaqla bir neçə ağır zərbə endirdikdən sonra onun öldüyünü zənn edərək hadisə yerindən uzaqlaşıb. Daha sonra həmin ərazidə olan şəxslər E.Hüseynovanı xəstəxanaya çadırıb və həkimlərin ciddi səyləri nəticəsində onun həyatını xilas etmək mümkün olub.

O.Hüseynov Cinayət Məcəlləsinin 29, 120-ci (adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunur.