Bakıda avtomobillə vurulan şəxs bir həftə sonra həkimə gedib

Hadisə
  • 07 iyul, 2020
  • 20:25
Bakıda avtomobillə vurulan şəxs bir həftə sonra həkimə gedib

Bakıda ötən həftə yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxs bu gün həkimə müraciət edib.

“Report” xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, ötən həftə yolu keçən 1973-cü il təvəllüdlü Tağızadə Rza Sultanəli oğlunu avtomobil vurub.

Lakin xəsarət alan şəxs bu gün xəstəxanaya gələrək həkimə müraciət edib və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Ramin Şahbazov