Bakıda avtomobillə vurulan kişi ağır xəsarət alıb

Bakıda avtomobillə vurulan kişi ağır xəsarət alıb Bakıda 51 yaşlı kişini avtomobil vurub.
Hadisə
2 Avqust , 2022 06:43
Bakıda avtomobillə vurulan kişi ağır xəsarət alıb

Bakıda 51 yaşlı kişini avtomobil vurub.

"Report"un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.

Belə ki, 1971-ci il təvəllüdlü Dünyamalıyev Telman Tapdıq oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi