Bakı. 15 noyabr. REPORT.AZ/ Bakıda avtomobillə motosikletin toqquşması nəticəsində sürücülərdən biri ölüb. Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Sabunçu qəsəbəsi B.Bünyadzadə küçəsində Bakı şəhər sakinləri 1974-cü il təvəllüdlü Mansur Surxayevin idarə etdiyi “Mercedes” markalı avtomobillə 1993-cü il təvəllüdlü Meysən Əlizadənin idarə etdiyi “Zontes” markalı motosiklet toqquşub.
Nəticədə M.Əlizadə və sərnişin - qardaşı 1995-ci il təvəllüdlü Ülvi Əlizadə xəsarətlə xəstəxanaya daxil olub, M.Əlizadə xəstəxanada ölmüşdür.