Bakıda avtomobilindən silah aşkarlanan şəxs onu götürərək qaçıb

Bakıda avtomobilindən silah aşkarlanan şəxs onu götürərək qaçıb Müvəqqəti duracaqda sürücünün iştirakı ilə avtomobilə baxış keçirilib və oradan pnevmatik tapança aşkar edilib
Hadisə
4 Fevral , 2017 12:43
Bakıda avtomobilindən silah aşkarlanan şəxs onu götürərək qaçıb

Bakı. 4 fevral. REPORT.AZ/ Yol hərəkəti qaydalarını pozduğuna görə saxlanılan sürücünün avtomobilindən silah aşkarlanıb.

"Report"un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhər sakini Seymur Xudaverdiyev idarə etdiyi "Chevrolet-Camaro" markalı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji nəzarət üzrə stasionar Postunda saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 342.3-cü maddəsi ilə protokol tərtib edilərək avtomobil duracağa aparılıb.

Müvəqqəti duracaqda S.Xudaverdiyevin iştirakı ilə avtomobilə baxış keçirilib və oradan pnevmatik tapança aşkar edilib. Bu zaman o, qeyd edilən tapançanı götürərək hadisə yerindən qaçıb.

Baş Dövlət Yol Polis İdarəsi və Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Xudaverdiyev saxlanılıb və tapança ondan götürülüb.

Son xəbərlər

Orphus sistemi