Bakıda avtomobildən oğurluq olub

Hadisə
  • 27 aprel, 2020
  • 08:21
Bakıda avtomobildən oğurluq olub

Bakıda avtomobildən oğurluq edən şəxs saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.

Belə ki, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 20-də rayon ərazisində “VAZ-2107” markalı avtomobildən 1 000 manat pul və 600 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş H.Bədəlov saxlanılıb.