Yuxarı

​Bakıda avtomobildə və piyada keçidində yanğın olub

Keçidin qalan hissəsi yanğından mühafizə edilib

Bakı. 7 avqust. REPORT.AZ/ Bakı şəhərinin Nərimanov rayonunda vətəndaşa məxsus “Subaru” markalı minik avtomobili yanıb. “Report”un xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytı məlumat yayıb.

Belə ki, avtomobilin yanar hissələri, ümumi sahəsi 400 kv.m olan yerüstü piyada keçidinin üzlük hissəsi 40 kv.m və ekskalatorun rezini 3 kv.m sahədə yanıb. Keçidin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 03:09-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi