Bakıda avtomobil yuyucusunu cərəyan vuraraq öldürüb

Bakıda avtomobil yuyucusunu cərəyan vuraraq öldürüb Ölən şəxs Salyan saki olub
Hadisə
5 Avqust , 2018 23:11
Bakıda avtomobil yuyucusunu cərəyan vuraraq öldürüb

Salyan. 5 avqust. REPORT.AZ/ Bakıda Salyan sakinini elektrik cərəyanı vurub.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə paytaxt Bakıdakı “avtoyuma” məntəqələrindən birində baş verib.

Həmin məntəqədə işləyən 1994-cü il təvəllüdlü Xələc kənd sakini Hüseynov Araz Çingiz oğlunu ehtiyatsızlıqdan elektrik cərəyanı vuraraq öldürüb.

Mərhumun meyiti bu gün Xələcə gətirilərək kənd qəbiristanlığında torpağa tapşırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi